YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küç 3 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.

Ərazi partiya təşkilatının sədr əvəzi Aidə Eyvazova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Aidə Eyvazova sədr vəzifəsinə Şəfəq İbişovanın namizədliyini irəli sürdü və bu təklifə səsvermə ilə münasibət bildirilməsini xahiş etdi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Şəfəq İbişova sədr seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi 10 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.