YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

23 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Əmircan qəsəbəsi, 6-cı Əmircan küçəsi 2-ci döngə 16 ünvanında yerləşən  (Suraxanı Rayon, GEM) Ərazi Partiya Təşkilatında  (ƏPT-də) növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri, Suraxanı rayon GEM-in  direktoru  Arzu Quliyeva bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi inkişafında mühüm əhəmiyyət daşıyan, milli maraqların qorunmasına və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə xidmət edən əlamətdar hadisədir.

YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Dilarə Əzizova vurğulayıb ki, YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələ olmaqla, ölkəmizin davamlı inkişafının, milli maraqların qorunmasının və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin bariz göstəricisidir.

Qurultay nümayəndəsi Cəmilə Ağayeva çıxışında bildirdi ki, YAP-ın VIII Qurultayı partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qurultayda gənclərin cəmiyyət həyatında fəal iştirakı və yeni təşəbbüslərin dəstəklənməsi xüsusi önəm kəsb edir.

Daha sonra çıxış edən Eldar Rüstəmov bildirib ki, YAP-ın VIII Qurultayı tarixdə mühüm hadisələrdən biri hesab olunur. Bu qurultayda xalqın gələcəyi və mühüm məsələlərin həlli müzakirə edilmişdir.

Daha sonra çıxış edən Tünzalə Kərimova  bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisədir. Qurultay ölkəmizin inkişafı və xalqımızın rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır. İnanırıq ki, xalqımızın birliyi və dövlətimizə olan inamı Azərbaycanın gələcək uğurlarına yol açacaqdır

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Paylaş