YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

23 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Əmircan qəsəbəsi, Səbuhi Əsədov küçəsi 41 ünvanında yerləşən  (Doğum evi) Ərazi Partiya Təşkilatında  (ƏPT-də) növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Doğum evinin baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri  Sevinc Şükürova bildirib ki, YAP-ın VIII Qurultayı ölkəmizin qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi və siyasi fəaliyyətin müasir tələblərə uyğun qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsədimiz milli dəyərlərimizi qorumaqla yeniliklərə açıq olmaq, gənclərin təşəbbüslərini dəstəkləmək və Azərbaycanın gələcəyinə layiqli töhfə verməkdir.

YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Dilarə Əzizova vurğulayıb ki, YAP-ın VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm qərarların qəbul edildiyi və gələcək hədəflərin müəyyənləşdirildiyi əlamətdar hadisədir. Bu qurultay Azərbaycanın milli maraqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün hər birimizin üzərinə düşən əsas vəzifə dövlətimizin əldə etdiyi nailiyyətləri qorumaq, ölkəmizin tərəqqisinə öz töhfəmizi verməkdir. İnanırıq ki, milli birliyimiz, güclü dövlətçilik iradəmiz və gələcəyə inamımız Azərbaycanın daha böyük uğurlara imza atmasına zəmin yaradacaqdır

Qurultay nümayəndəsi Cəmilə xanım Ağayeva çıxışında bildirdi ki, YAP-ın VIII Qurultayı ölkəmizin siyasi kursunun davamlılığını və gələcək inkişaf prioritetlərini əks etdirən mühüm hadisədir. Azərbaycanın əldə etdiyi uğurların əsasında güclü liderlik, düşünülmüş siyasət və milli maraqlara sadiqlik dayanır. Bu gün qarşımızda duran əsas məqsəd dövlətimizin qüdrətini daha da artırmaq, gənclərin potensialından səmərəli istifadə etmək və gələcək nəsillərə güclü Azərbaycan miras qoymaqdır. Əminik ki, birlik və qətiyyətlə atılan hər bir addım ölkəmizin tərəqqisinə, xalqımızın rifahına və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edəcəkdir.

YAP üzvü Nuriyyə Dəmirova  bildirib ki, YAP-ın VIII Qurultayı tarixdə mühüm hadisələrdən biri hesab olunur. Bu qurultayda xalqın gələcəyi və mühüm məsələlərin həlli müzakirə edilmişdir. Qurultayda qəbul edilən qərarlar cəmiyyətin inkişafına təsir göstərmişdir. Belə tarixi hadisələrin öyrənilməsi keçmişimizi daha yaxşı anlamağa kömək edir. YAP-ın VIII Qurultayının əhəmiyyətini araşdırmaq tarixə marağımızı artırır.

Daha sonra çıxış edən  Şəlalə Məmmədova bildirib ki, YAP-ın VIII Qurultayı siyasi məsuliyyətin artırılması, yeni ideyaların irəli sürülməsi və ölkəmizin gələcək inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi baxımından mühüm platformadır. Hər birimiz fəallığımız, bilik və bacarıqlarımızla dövlətimizin güclənməsinə töhfə verməli, Azərbaycanın parlaq gələcəyi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Paylaş