Erməni Revanşizminin Yeni İsteriyası: Diplomatların Qarabağ və Şərqi Zəngəzura Səfəri Kimləri Narahat Edir?
İlkin Muradov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Suraxani Oil Operyşn Kompani S.A " şirkətinin YSMX üzrə mühəndisi
Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar beynəlxalq birlik tərəfindən qətiyyətlə qəbul edilməkdədir. Bunun növbəti bariz nümunəsi, 11–12 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən sayca 22-ci səfəri oldu. 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nəfərlik geniş nümayəndə heyətinin iştirak etdiyi bu möhtəşəm səfər, Ermənistanın siyasi dairələrində, revanşist qüvvələrində və mediasında kəskin mənfi reaksiya, narahatlıq və növbəti qarayaxma kampaniyası ilə qarşılanmışdır. Erməni cəmiyyətində böyük qəzəb doğuran bu hadisə, revanşist düşüncənin regionda sülhə hələ də nə dərəcədə böyük təhdid olduğunu bir daha ortaya qoydu.
Səfər çərçivəsində diplomatlara Gəncəsər və Xudavəng monastırlarının qədim Alban xristian irsinin tərkib hissəsi olması barədə elmi və tarixi faktların təqdim edilməsi Ermənistanda ciddi hiddət doğurub. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan başda olmaqlarəsmi və qeyri-rəsmi şəxslər bu bəyanatların guya "sülh prosesinə xidmət etmədiyini" iddia edərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstəriblər.
Ermənistan mətbuatı və sosial şəbəkə seqmentləri xarici diplomatların Azərbaycanın suveren ərazilərinə səfər etməsinə qarşı qeyri-etik və əsassız iddialar irəli sürüb, səfər iştirakçılarını hədəf alan manipulyativ kampaniyalar yürüdüblər
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura etdiyi sayca 22-ci səfər erməni revanşizminin regiondakı iflasını bir daha nümayiş etdirdi [berde-ih.gov.az]. Ermənistanın daxilindəki radikal qüvvələrin sülh gündəliyinə zərbə vurmaq cəhdlərinə baxmayaraq, xarici dövlətlərin təmsilçiləri Azərbaycanın quruculuq missiyasının və suverenliyinin şahidi olurlar. Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini ləngitməyə yönəlmiş bu cür siyasi manipulyasiyaları regionda sabitliyin bərqərar olmasına mane ola bilməyəcək.