YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən (23 saylı köprələr evi- uşaq bağçası) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Tədbirdə 23, 265, 269, 276 və 280 saylı körpələr evi- uşaq bağçalarında fəaliyyət göstərən YAP üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ƏPT-nin sədri, 23 saylı köprələr evi- uşaq bağçası müdiri Rəna Abdutalıbova bildirmişdir ki, Prezident cənab İlham Əliyevin proqram xarakterli çıxışında əldə olunmuş hərbi-siyasi uğurların qorunması, ideoloji məkanın kənar təsirlərdən müdafiəsi və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi əsas hədəf kimi qarşımıza qoyulmuşdur.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Nərgiz Çıraqova vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Ölkəmizin uğurlarında, ictimai-siyasi həyatında partiya fəallarının rolu danılmazdır. İqtidar partiyasının üzvü olaraq, biz hər zaman birlik nümayiş etdirməyi bacarmalı və hər bir məsələdə cənab Prezidentin ətrafında sıx birləşməliyik. Bütün ideoloji təxribatlara hazır olmalı və lazım olan məqamlarda partiya üzvü kimi dövlətimizi müdafiə etməyi özümüzə borc bilməliyik.
Daha sonra çıxış edən natiqlər YAP-ın VIII Qurultayında ölkəmizin iqtisadi inkişafı, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması, təhsilin inkişafı və milli-mənəvi dəyərlərin qorunması kimi məsələlərin aktuallığını barədə öz fikirlərini səsləndiriblər.
Görüşün sonunda iştirakçılar ilə xatirə şəkli çəkdirilib.