YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi ünvanında yerləşən (V.Bayramov adına uşaq bağçası) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Görüşdə Əlövsət Vəliyev, Vüqar Bayramov, Qasım Qasımov, 5, 19, 324 saylı körpələr evi- uşaq bağçalarının müdirləri və YAP üzvləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədr müavini, V.Bayramov adına uşaq bağçasının müdiri Ziyafət Rəhimova müstəqilliyimizin və suverenliyimizin xalqımız üçün nə qədər qiymətli, əvəzolunmaz olduğunu vurğuladı. Hər bir kəs tutduğu mövqedən asılı olmayaraq dövlətinə sadiqlik nümayiş etdirməli və gənc nəslin vətənpərvər ruhda yetişməsinə şərait yaratmalıdır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti haqqında və orada cənab Prezidentin nitqindən irəli gələn vəzifələri partiya üzvlərinin diqqətinə çatdırdı. Nərgiz Çıraqova qeyd etmişdir ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri azad olunmuş ərazilərimizdə yenidənqurma işinin sürətləndirilməsi və orada dayanıqlı həyatın qurulmasından ibarətdir. Ölkədə gedən bütün proseslərdə YAP üzvü olaraq hər birimiz dövlətimizə dəstək olmağı özümüzə borc bilməliyik.
Daha sonra çıxış edən Q.Qasımov adına uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Saraxanım Süleymanova və Ə.Vəliyev adına uşaq bağçasının tərbiyəçi-müəlliməsi, YAP Suraxanı rayon təşkilatının fəal üzvü İlahə Tağıyeva ölkəmizin son illər ərzində iqtisadi inkişafının, beynəlxalq mövqelərinin möhkəmlənməsi, təhsilin və milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasında atılan addımlar, görülən işlər haqqında danışdılar.
Daha sonra YAP üzvülərinin sualları cavablandırılıb.