YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Əmircan qəsəbəs,i Tofiq Bayram küçəsi 8 ünvanında yerləşən (1 saylı Birləşmiş Uşaq Xəstəxanası ) Ərazi Partiya Təşkilatında (ƏPT-də) növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan 1 saylı BUX-un baş həkim vəzifəsini icra edən, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Hacı-zadə Arzu bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizin inkişafı üçün müasir düşüncə, güclü iradə və yüksək məsuliyyət əsas şərtlərdəndir. Hər birimiz cəmiyyətin tərəqqisinə öz əməyimiz və təşəbbüslərimizlə töhfə verməliyik. Birliyimiz və ortaq məqsədlərimiz Azərbaycanın gələcəyinə inamla baxmağımıza əsas verir.
YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Dilarə Əzizova vurğulayıb ki, YAP-ın VIII Qurultayı siyasi təşkilatın qarşıya qoyduğu məqsədlərə bir daha nəzər salmaq və yeni hədəflər müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Ölkəmizin inkişafında əldə olunan nailiyyətlərin qorunması və daha da genişləndirilməsi hər birimizin üzərinə məsuliyyət qoyur. Xüsusilə gənclər bilikləri, təşəbbüsləri və fəallıqları ilə cəmiyyətin inkişafında mühüm rol oynamalıdırlar. İnanıram ki, milli maraqlara sədaqət və məsuliyyətli fəaliyyət Azərbaycanın gələcək uğurlarının əsasını təşkil edəcək.
YAP-ın VIII Qurultayının nümayəndəsi Cəmilə xanım Ağayeva çıxışında bildirdi ki, YAP-ın VIII Qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır. Bu cür siyasi tədbirlər ölkənin gələcək inkişafı üçün yeni ideyaların və təşəbbüslərin formalaşmasına şərait yaradır. Dövlətimizin güclənməsi üçün hər bir vətəndaşın fəallığı, məsuliyyəti və vətənə bağlılığı vacibdir. Biz də öz fəaliyyətimizlə Azərbaycanın tərəqqisinə töhfə verməli və gələcək nəsillər üçün daha güclü ölkənin qurulmasına çalışmalıyıq.
Daha sonra çıxış edən YAP üzvü Arzu Rzayeva demişdir ki, YAP-ın VIII Qurultayı tarixdə mühüm hadisələrdən biri hesab olunur. Bu qurultayda xalqın gələcəyi və mühüm məsələlərin həlli müzakirə edilmişdir. Ölkəmizin inkişafında əldə olunan nailiyyətlərin qorunması və daha da genişləndirilməsi hər birimizin üzərinə məsuliyyət qoyur.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.