YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirir. Növbəti belə tədbir Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi 146 ünvanında (208 nömrəli tam orta ümumtəhsil məktəbi) yerləşən Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT sədri, 208 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ləman Hacıyeva, Bülbülə bələdiyyəsinin sədri, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi 133 ünvanında yerləşən ƏPT-nin sədri Nəsib İsmayılov, YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini, Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayev və hər iki ƏPT-də fəaliyyət göstərən YAP fəalları iştirak ediblər.
ƏPT sədri, 208 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ləman Hacıyeva çıxış edərək bildirdi ki, dünyada mürəkkəb geopolitik vəziyyət hökm sürür və biz heç vaxt arxayınlaşa bilmərik. Bir tərəfdən ordumuzun müdafiə qabiliyyətini artırırıqsa, digər tərəfdən cəmiyyətimizi – xüsusilə gənclərimizi – kənar ideoloji təsirlərdən, kiber və hibrid təhdidlərdən qorumalıyıq. Biz öz milli-mənəvi dəyərlərimizə söykənərək irəliləyirik.
ƏPT-nin və Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov öz çıxışında qeyd etmişdir ki, bu gün Azərbaycan yalnız öz təhlükəsizliyini təmin etmir, həm də işğaldan azad olunmuş torpaqlarımızda misli görünməmiş bərpa və quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtması üçün müasir infrastruktur qurulur, Qarabağ və Şərqi Zəngəzur daxili iqtisadiyyatımızın ən güclü hərəkətverici qüvvəsinə çevrilir.
ƏPT sədrinin müavini, Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayev çıxış edərək demişdir ki, Azərbaycan heç bir xarici siyasi blokun diktəsi ilə deyil, yalnız və yalnız öz milli maraqları ilə fəaliyyət göstərir və Azərbaycanın sözü imzası qədər dəyərlidir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Ənvər Haqverdiyev vurğulayıb ki, dövlət başçımızın bu nitqi sadəcə bir çıxış deyil, Azərbaycanın postmünaqişə dövründəki inkişafının və gələcək zəfərlərinin fəaliyyət xəritəsidir. Bizim – YAP üzvlərinin borcu bu ideyalar ətrafında sıx birləşmək və hər birimizin öz sahəsində ölkəmizin inkişafına töhfə verməsidir.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini diqqətə çatdırıblar.