CƏBRAYIL RAYONU: TARİXİ, İŞĞALDAN AZAD EDİLMƏSİ VƏ YENİDƏN QURULMASI

CƏBRAYIL RAYONU: TARİXİ, İŞĞALDAN AZAD EDİLMƏSİ VƏ YENİDƏN QURULMASI

Aidə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Rayon cənubdan İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. İnzibati vahidin adı onun mərkəzi olan Cəbrayıl kəndindən götürülmüşdür. Orta əsrlərə aid mənbələrdə şahsevən, Cavanşir və Əfşar kimi məşhur tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı xüsusi çəkilir.

Cəbrayıl rayonunun ərazisi əsrlər boyu nəsildən-nəsilə ötürülən canlı tarixi abidələrlə zəngin olmuşdur. Bölgənin mühüm arxeoloji və memarlıq nümunələrinə aşağıdakılar aiddir. Dağ-Tumas kəndi yaxınlığındakı "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağında yerləşən Sigeon tikintisi, həmçinin Şıxlar kəndi yaxınlığındakı şəhərcik qalıqları və qədim qışlaq yerləri.

Diri dağındakı Mazan nənə və Mərmər nənə məqbərələri, Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki 8 guşəli türbələr və yerli türk qəbiristanlığındakı qədim məzarlar. Diri dağındakı "Qız qalası", Sirik kəndindəki "Qala", Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı" və bəşəri əhəmiyyətli məşhur Xudafərin körpüləri.

Ermənistanın işğalı müddətində Cəbrayıl şəhəri və

rayonun kəndləri tamamilə dağıdılmış, bu unikal mədəni, tarixi, dini abidələr və qəbiristanlıqlar yerlə-yeksan edilərək bölgədə ağır ekoloji terror törədilmişdir.

Azərbaycan Ordusunun əks-hücumu nəticəsində strateji Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş və Cocuq Mərcanlı kəndi nəzarətə götürülmüşdür. Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamı ilə kənddə birinci mərhələdə 50 ev, məktəb və məscid inşa edilərək 30 may 2018-ci ildən sakinlərin köçürülməsinə start verilmişdir. Bu addım respublikada "Böyük Qayıdış"ın başlanğıcı sayılır.

 Oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin və rayonun daha 9 kəndinin işğaldan tam azad olunduğunu elan etmişdir. Cəbrayıl rayonunun azad edilməsi və yenidən qurulması Azərbaycanın müasir tarixində strateji və iqtisadi dönüş nöqtəsidir. Dövlət başçısının rəhbərliyi ilə rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mərhələli şəkildə məskunlaşması uğurla davam etdirilir. İcra olunan irimiqyaslı infrastruktur layihələri Cəbrayılı regionun mühüm nəqliyyat-logistika və sənaye mərkəzinə çevirməkdədir.

 

Paylaş