Dörd ildir ki, 26 avqust- Laçın şəhər günü kimi qeyd olunur
Tünzalə Suleymanova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının həkimi
Artıq bir necə ildir ki, 26 avqust Lacın şəhər günü kimi qeyd olunur. Respublikamızın bütün bölgələri kimi Laçın rayonu da hamımız üçün əzizdir, onun füsunkar təbiəti, dilbər guşələri, yeraltı sərvətləri, mənbəyini dağlardan götürən cayları, flora və fauna sı xalqımız üçün cox dəyərlidir.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Lacın adlandırılıb və 1930-cu ildən inzibati ərazi vahidi kimi mövcuddur.
1992-ci il may ayının 18-də Azərbaycan Respublikasının o zamankı rəhbərliyinin səriştəsizliyi , xarici qüvvələrin köməyilə erməni silahlı qüvvələri tərəfindən rayon işğala məruz qaldı. Bu ötən işgal illərində rayonun yeraltı, yerüstü sərvətləri, bütün infrastruktur dağıdılıb, talan edildi.Cox mühüm strateji coğrafi mövqedə yerləşən 1835 kvadrat kilometr sahəsi olan Lacın rayonunun işğalı düşmən ücün cox əlverişli şərait yaratdı.
Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyevin , sonra isə onun siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət kursu, ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, iqtisadiyyatın şaxələndirilməsi, xalq və iqtidar birliyini formalaşdırdı.
Bütün bunlar 2020- ci ildə aparılan 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirdi. Sonrakı dövrdə aparılan antiterror əməliyyatları , diplomatik gedişlərin uğurlu nəticəsi olaraq, bir necə rayon düşmən işğalından azad olundu. Düşmən ordusu, terrorçu qruplar Laçın rayonu ərazisini 2022-ci ilin 26 avqust tarixində tərk etmək məcburiyyətində qaldılar. Və artıq 4 ildir ki, 26 avqust Lacın şəhər günü kimi qeyd olunur.
Qoy tanrı xalqımıza xoş məqamlar, sülh, əmin asanlıq şəraitində yaşamaq, daim toy büsat, şəhər günləri, qələbə günlərini qeyd etməyi nəsib etsin.