Ayaz Hüseynov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin müəllimi
Prezident cənab İlham Əliyev Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi. Öz qətiətli çıxışı ilə Ermənistana və onun havadarlarına meydan oxudu.Torpaqlarımız 30 il ərzində işğalda olsada, Azərbaycan xalqı bununla heç vaxt barışmadı. Qərb dövlətləri sülh danışıqları ilə bu məsələni yubadır, xalqımızı bu işğalla barşmağa vadar edirdi. Biz bu işğalla barışmayacağımızı güclü ordu yaradaraq iqtisadi inkişafı təmin edərək göstərdik. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini yararaq torpaqlarımızı bir-bir işğaldan azad etdik. Dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha sübut etdik. Biz düşməni kapitaliyatsiya aktının imzalanmasına məcbur etdik.
Bizdən sonra gələn nəsillər bu tarixi heç vaxt unutmamalıdırlar.Necəki biz Qarabağı 30 il ərzində unutmadıq, bundan sonrada bu tarixi yaddaş heç vaxt yaddaşımızdan çıxmamalıdır. 2020- ci il noyabrın 8-də Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdı bundan qorxan düşmən kapitaliyatsiya aktını imzalamağa məcbur oldu.
Bugünkü reallıq onu göstərirki, yeganə düzgün addım müharibə idi. Sonrakı vaxtda bir güllə atmadan Ağdam, Kəlbəcər, Laçın rayonları işğaldan azad edildi. Biz Ermənistana seçim haqqı verdik, yenədə düzgün qərar qəbul etdmədilər, torpaqlarımızda terror törətməklə bizi qorxudacaqlarını zənn etdilər, 2023- cü ilin sentyabrında keçirilmiş cəmi bir necə saat davam etmiş antiteror əməliyyatı Ermənistana böyük dərs oldu.
Biz artıq öz torpaqlarımıza qayıdırıq, orada quruculuğ işləri aparırıq. Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğaldan azad olunmuş torpaqlara sivilizasiya gəlir. Bu Zəfər günü Zəfər parkında qoyulan abidə ilə taçlandırıldı.