Zəngilanın Ağalı kəndində "ağıllı kənd" konsepsiyası
Könül Abdulxalıqova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Dövlət başçısının səfərləri zamanı görülən işlər və həyata keçirilən layihələr isə bu qədim diyarın gələcək inkişafına möhkəm zəmin yaradır. “Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş torpaqlarımızın dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevrilməsi prosesi məhz Zəngilandan başlayıb. Böyük qayıdış planının reallaşdırılmasının Zəngilandan başladılması da bu bölgənin əhəmiyyətini bir daha göstərir. Bir müddət sonra Zəngilanın Ağalı kəndində "ağıllı kənd" konsepsiyası üzrə yaşayış məskəninin salınmasına start verildi.
Qısa zaman kəsiyində işlər yekunlaşdı və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışına şahidlik etdik. Bu, həqiqətən də tariximizin ən qürurverici anlarından biri idi". Zəngilan şəhərinin Baş planı 2023-cü il oktyabrın 30-da təsdiq olunub və 2040-cı ilə qədər bölgənin sosial-iqtisadi inkişaf xəttini müəyyənləşdirib. Artıq şəhərdə infrastruktur layihələri icra edilir, yeni yaşayış massivləri salınır, yollar, körpülər, kommunikasiya xətləri bərpa olunur. Burada inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı həm Qarabağ, həm də Zəngəzur dəhlizi üçün strateji əhəmiyyətə malikdir.
Eyni zamanda, Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və Zəngilan–Horadiz avtomobil yolunun tikintisi regionun iqtisadi əlaqələrini gücləndirəcək, Naxçıvana və oradan Türkiyəyə birbaşa çıxış imkanı yaradacaq.
Zəngilanın işğaldan azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu bölgəyə çoxsaylı səfərləri reallaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan rayonuna son səfəri 2026-cı il mayın 10-da baş tutub. Bu səfər Böyük Qayıdış prosesində mühüm hadisələrlə yadda qalmışdır. Həmin gün Zəngilan şəhərində inşa edilmiş ilk yaşayış kompleksinin açılışı olmuş, yeni mənzillərə köçən ailələrlə görüş keçirilmiş və sakinlərə mənzillərin açarları təqdim edilmişdir. Bu hadisə illərlə doğma yurdlarına qayıtmağı gözləyən zəngilanlılar üçün böyük sevinc və qürur mənbəyinə çevrilmişdir.
27 ildir Zəngilanın yollarını, uca dağlarını, yaşıl çəmənlərini, sıx meşələrini, sərin bulaqlarını, çaylarını xəyallarında canlandıran, doğma yurda qayıtmağı həsrətlə gözləyən zəngilanlılar bu gün 20 oktyabrı fəxrlə, qürurla, başları dik yurdlarında qeyd edirlər. 20 oktyabr-Zəngilan şəhər günü zəngilanlıların yaddaşında bir ömür xoş xatirə olaraq qalacaqdır. Dövlət başçısının da qeyd etdiyi kimi Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir.