YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

29 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ünvanında yerləşən (330 saylı körpələr evi-  uşaq bağçası) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.

Görüşdə 323, 330 saylı, “Göyərçin” körpələr evi- uşaq bağçalarının müdirləri və YAP üzvləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan 323 saylı körpələr evi- uşaq bağçasının müdiri Məshəti Sadiqli təhlükəsizlik məsələsinin ölkəmizdə hər zaman diqqətdə saxlanılması haqqında söhbət açdı. Hərbi təxribatlara qarşı hər zaman qəti cavabımız olub və heç bir atəş cavabsız qalmayıb. Eyni zamanda ölkəmizə yönələn bütün ideoliji təxribatların qarşısını almaq üçün cəmiyyətimizin inkişafına  önəm verlməli olduğunu vurğuladı. Bu məsələdə biz müəllimlərin üzərinə olduqca böyük məsuliyyət düşür. Bizlər gənc nəslin təhsilli, sağlam düşüncəli və vətənpərvər ruhda böyüməsində əlimizdən gələni əsirgəməməliyik.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova ölkəmizdə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezidentin nitqindən irəli gələn fikirləri partiya üzvlərinin diqqətinə çatdırdı. Partiya fəalları ölkəmizdə baş verən bütün proseslərdə yaxından iştirak etməli və ideoloji işimizi düzgün qurmağın vacibliyindən söz açdı. Ölkəmizin inkişafı, artan iqtisadi gücümüz, hərbi sahədə qazandığımız uğurlar, beynəlxalq tədbirlərdəki çıxışlarımız, ölkəmizdəki firəvanlıq, illərdir qorunub-saxlanılan təhlükəsizliyimiz hər zaman ictimaiyyət tərəfindən müzakirə edilməli və qazandığımız uğurların təbliğatında yaxından İştirak etməliyik. Bu bizim vətəndaşlıq borcumuzla yanaşı, həmdə partiya üzvü olaraq məsuliyyətimizdən irəli gəlməlidir.

Daha sonra çıxış edən 330 saylı körpələr evi- uşaq bağçasının müdiri Günel Hacıyeva, “Göyərçin” körpələr evi- uşaq bağçasının müdiri ƏPT sədr müavini Aygün Qəhrəmanova, Şəhid anaları Almaz Cabarova, Simuzər Hacıyeva, 330 saylı körpələr evi- uşaq bağçasının müəlliməsi Samirə İsmayılova ölkəmizin son dövrlər qazandığı uğurlarından və bu istiqamətdə cənab Prezidentimizin apardığı uğurlu siyasətdən danışdılar.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Paylaş