YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

29 oktyabr 2026-cı il tarixdə Əmircan qəsəbəsi,  Atamoğlan Rzayev küçəsi 100 ünvanında yerləşən (3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin Suraxanı rayon filialı) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri Gülnarə Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müzakirə olunan məsələlərin və qəbul edilən qərarların ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyır. Qurultay çərçivəsində səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər partiyanın gələcək fəaliyyət istiqamətlərinin formalaşmasına xidmət edir. Hesab edirəm ki, qurultayın nəticələri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə və ölkəmizin davamlı inkişafı ilə bağlı məsələlərin müzakirəsinə töhfə verəcəkdir.

Görüşdə çıxış edən YAP-ın fəal üzvü Nuranə Hüseynova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə kimi partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Qurultayda aparılan müzakirələr və səsləndirilən təkliflər gələcək vəzifələrin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və təşkilati fəaliyyətin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır. İnanıram ki, qəbul edilən qərarlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə və partiyanın fəaliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir.

YAP-ın VIII Qurultaynın nümayəndəsi Cəmilə Ağayeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək və bu əlamətdar tədbirdə fikirlərimizi bölüşmək bizim üçün mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və yeni ideyaların irəli sürülməsi xüsusi diqqət tələb edən məsələlərdəndir. Əminəm ki, qarşılıqlı əməkdaşlıq, məsuliyyətli fəaliyyət və yeni təşəbbüslər gələcək hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.

Daha sonra YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova çıxış edərək YAP-ın VIII Qurultayı barədə ətraflı məlumat verib. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı çərçivəsində səsləndirilən fikirlər və aparılan müzakirələr ölkəmizin gələcək inkişaf istiqamətlərinə dair mühüm məqamları əhatə edir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hər birimizin üzərinə düşən məsuliyyəti dərindən dərk etməsi, təşəbbüskarlıq nümayiş etdirməsi və ümumi işə öz töhfəsini verməsi vacibdir. Qurultayda müəyyənləşdirilən vəzifələr uğurla həyata keçirilsin, qəbul edilən qərarlar gələcək fəaliyyətimiz üçün yeni imkanlar yaratsın.

Paylaş