Füzulidə dalğalanan Azərbaycan bayrağı qəlbimizin qürurudur

Füzulidə dalğalanan Azərbaycan bayrağı qəlbimizin qürurudur

Natavan Əhmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Sağlamlıq Mərkəzinin tibb bacısı

Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağımızın ucaldılması mənim üçün sadəcə bir hadisə deyil, qəlbimdə qürur, sevinc və kövrəklik hissləri oyadan müqəddəs bir məqamdır. Hər dəfə bayrağımızın azad torpaqlarımızda dalğalandığını düşündükcə, bu günlərin bizə necə böyük bir mübarizənin və fədakarlığın bahasına başa gəldiyini xatırlayıram.

Bir azərbaycanlı, bir Vətən övladı kimi fəxr edirəm ki, bu gün üçrəngli bayrağımız Füzulidə qürurla dalğalanır. Bu bayrağın hər rəngində xalqımızın arzuları, hər dalğalanışında şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və əsgərlərimizin Vətən sevgisi var.

Mən bir tibb bacısı olaraq insan həyatının, sağlamlığın və ümidin nə qədər qiymətli olduğunu hər gün daha dərindən anlayıram. Buna görə də Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı mənim üçün xüsusilə müqəddəsdir. Onların bizə əmanət etdiyi bu torpaqlarda bayrağımızın dalğalanması qəlbimizdə həm sonsuz minnətdarlıq, həm də böyük məsuliyyət hissi yaradır.

Füzulidə ucalan bayrağımıza baxanda düşünürəm ki, Vətən yalnız yaşadığımız torpaq deyil, həm də uğrunda döyünən ürəyimiz, qoruduğumuz dəyərlərimiz və gələcək nəsillərə ötürəcəyimiz müqəddəs əmanətdir.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günləri bizə yaşadan qəhrəmanlarımızın qarşısında baş əyirəm.

Qoy üçrəngli bayrağımız hər zaman azad səmalarda dalğalansın. Füzulimiz azad, Azərbaycanımız bütöv və xalqımız daim qürurlu olsun!

Paylaş