Xalqı 15 oktyabr 2003-cü il tarixdə müstəqil Azərbaycanın yüksəlişinə səs verdi
Rahilə Ağcayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 226 nömrəli məktəbin direktor müavini
Azərbaycan Respublikasının yeni tarixində ölkənin gələcək taleyini müəyyən edən əlamətdar günlərdən biri də 2003-cü ilin 15 oktyabr tarixidir. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin tam əksəriyyəti Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı kimi onun oğlu İlham Heydər oğlu Əliyevə səs vermişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev bu illər ərzində Azərbaycan Respublikasını regionun lider dövlətinə çevirmişdir. Bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir.
Müxtəlif reytinq agentlikləri Azərbaycanda həyata keçirilən iqtisadi və dövlət quruculuğu siyasətini yüksək qiymətləndirmişdir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər də bunu təsdiqləyən indikatordur. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.
Prezident İlham Əliyevin uzaqgörən və uğurlu strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi.
15 oktyabr 2003-cü il tarixdən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə, o cümlədən mənfur düşməndə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü və qüdrətli ordu Müzəffər Ali Baş Komandan olmaqla beynəlxalq aləmin ikili standartlarına baxmayaraq, Prezidentimizin də dediyi kimi BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni özü icra etdi.