Şəhid Ələkbər Eyvazovun doğum günü məktəbdə qeyd olunmuşdur
4 fevral 2026-cı il tarixdə 275 nömrəli tam orta məktəbdə adını daşıdığı Birinci Qarabağ müharibəsinin şəhidi Ələkbər Eyvazovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, məktəbin direktoru Elnur Hüseynov, şəhidin anası Əminə Eyvazova, şəhidin yaxın qohumları, məktəbin müəllim – şagird kollektivi iştirak etmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edənlər şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.
Tədbirdə şagirdlər tərəfindən şəhid Ələkbər Eyvazovun xatirəsinə həsr olunan kompozisiyalar səhnələşdirilib, onları həyatından bəhs edən video-çarxlar nümayiş olunub, şəhidlərimizə, vətənə, qələbəyə həsr olunan şeirlər səsləndirilib.