Vətən müharibəsi şəhidləri Elvin Əliyev, Dostəli Məmmədov və Əmirxan Babayev anım günlərində ehtiramla yad ediliblər
17 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidləri Elvin Əliyev, Dostəli Məmmədov və Əmirxan Babayevin anım günləri ilə əlaqədar Yeni Suraxanı qəsəbəsi Şəhidlər xiyabanında məzarları ziyarət edilib, üzərinə tər güllər düzülüb, dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.