Vətən müharibəsi şəhidi Rüfət Əsgərov anım günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Rüfət Əsgərov anım günündə ehtiramla anılıb

Oktyabrın 14-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Rüfət Mürvət oğlu Əsgərovun anım günü qeyd olunub.

Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri, eləcə də hər iki rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım günündə şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Paylaş