Şəhid Kamal Qasımov doğum günündə ehtiramla yad edilib

Şəhid Kamal Qasımov doğum günündə ehtiramla yad edilib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımov Kamal Hüseyn oğlunun doğum günü ilə əlaqədar Hövsan qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, 118 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim – şagird heyəti iştirak ediblər.

Paylaş