Şəhid atasının qırx mərasimi ərəfəsində ailəsi ziyarət edilib

Şəhid atasının qırx mərasimi ərəfəsində ailəsi ziyarət edilib

27.08.2025-ci il tarixdə Şəhid Səbuhi Orucovun atası Vahid Orucov haqq dünyasına qovuşub. YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov Şəhid atasının qırx mərasimi ərəfəsində şəhid ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Görüş əsnasında yerli təşkilatın sədri şəhidlərimizin ailələrinin müdrik Azərbaycan xalqına və qüdrətli dövlətimizə əmanət olduğunu bir daha vurğulamışdır.

Şəhid anası Narınc Orucova  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.