Vətən müharibəsi şəhidi Coşqun Orucov anım günündə ehtiramla yad edilib
25 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Coşqun Orucovun anım günü ilə əlaqədar Zığ qəsəbəsinin Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər xiyabanında məzarı ziyarət edilib. Məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, YAP Suraxanı Rayon Təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev, Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta Bürosunun rəisi Şaiq Səfərov, 315 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.