Vətən müharibəsi şəhidi Mürsəl Kazımlı anım günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Mürsəl Kazımlı anım günündə ehtiramla anılıb

Oktyabrın 23-də Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Kazımlı Mürsəl Kamil oğlunun anım günü qeyd olunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, şəhidin təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim - tələbə kollektivi, şəhidin işlədiyi 2 №-li Bakı Baza Tibb Kollecinin müəllim - tələbə kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım günündə şəhidin Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub.

Paylaş