Vətən müharibəsi şəhidi Ruhid İslamlı anım günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Ruhid İslamlı anım günündə ehtiramla anılıb
Oktyabrın 7-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Ruhid Uğur oğlu İslamılının anım günü qeyd olunub.
Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri, şəhidin məzun olduğu 315 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, eləcə də hər iki rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Zığ qəsəbəsi "Dədə Qorqud" yaşayış sahəsində yerləşən Şəhidlər xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Paylaş