Suraxanı rayonunda Şəhid Ruhid İslamlının doğum günü ilə əlaqədar anım mərasimi keçirilmişdir

Suraxanı rayonunda Şəhid Ruhid İslamlının doğum günü ilə əlaqədar  anım mərasimi keçirilmişdir

01 aprel fevral İslamlı Ruhid Uğur oğlunun doğum günüdür. 01.04.2022 – ci il öncə şəhid İslamlı Ruhidin Suraxanı rayon Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Daha sonra doğum günü münasibəti ilə  Suraxanı rayonu sakini, Vətən Müharibəsi şəhidi əsgər  İslamlı Ruhid Uğur oğlunun məzunu olduğu Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin kollektivinin təşkil etdiyi anım mərasimi keçirilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Milli Məclisin deputatı Sevinc Fətəliyeva İslamlı Ruhidin ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.

Qeyd edək ki, şəhid İslamlı Ruhid Uğur oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.