Vətən müharibəsi şəhidi Nazim Kirxlarov anım günündə ehtiramla yad edilib
24 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Nazim Kirxlarovun anım günü ilə əlaqədar Əmircan qəsəbəsinin yerləşən Şəhidlər xiyabanında məzarı ziyarət edilib. Məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, YAP Suraxanı Rayon Təşkilatının məsul əməkdaşı Fərəh Məcidzadə, Əmircan Bələdiyyəsinin sədri Aygün xanım, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.