Vətən müharibəsi şəhidi Əli Seyidov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Əli Seyidov anım günündə ehtiramla yad edilib
Oktyabrın 10-da Vətən müharibəsi şəhidi Seyidov Əli Ruhin oğlunun anım günü qeyd olunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Paylaş