Suraxanı rayonunda Şəhid İbrahim Həsənov son mənzilə yola salındı

Suraxanı rayonunda Şəhid İbrahim Həsənov son mənzilə yola salındı
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Suraxanı rayon sakini əsgər Həsənov İbrahim Şöhrət oğlunun nəşi bu gün doğulub boya-başa çatdığı Bülbülə qəsəbəsinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Dövlət bayrağı şəhidin atası Şöhrət Həsənova təqdim edilmişdir.
Qeyd edək ki, 18.01.2004-cü il təvəllüdlü Şəhidimiz İbrahim Həsənov özündən sonra bizlərə oğul övladını əmanət qoymuşdur.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk!