YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mixail Həmidovun oğlu Yusifin doğum gününü təbrik ediblər
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Suraxanı rayon sakini olmuş, Vətən Müharibəsi şəhidi, baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. Yerli təşkilatın sədr müavini Salman Əbdülov, məsləhətçi Fərəh Məcidzadə və fəal üzv Pərvanə Cəfərova təşkilatın sədri Vüqar Seyidovun adından şəhidin 15 yaşı tamam olan oğlu Yusifi doğum günü münasibətilə təbrik etmişlər.
Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.
Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.