Suraxanı rayonu, Xarici Dillər Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib

İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən gimnaziyanın direktoru Xəyalə Veyisova bildirdi ki, Bu gün məktəb həyatınızın ən yadda qalan günlərindən biridir – Son zəng günü! Sizin üçün illərlə davam edən zəhmətin, əzmin və əsl dostluqların son akkordu səslənir. Hər birinizi ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram.
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mütəllim Astanov çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. Ənvər Haqverdiyev bildirdi ki, Xarici Dillər Təmayüllü Gimnaziya Suraxanı rayonunun təhsildə nəticələrinə görə ən qabaqçıl təhsil ocaqlarındandır. YAP-ın nümayəndəsi yeni həyat mərhələsində məzunlara uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.