2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi

Qərənfil Əhmədov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

"Şənlik" uşaq bağçası və körpələr evinin müdiri

25 oktyabr 2025-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 oktyabr Qubadlı Şəhəri Günü ilə əlaqədar Abşeron rayonu, St.Sumqayıt ərazisində salınmış istirahət parkında və həmin ərazidə fəaliyyət göstərən rayonun idarə və müəssisələrinin həyətyanı sahələrində ağacəkmə aksiyası və iməclik təşkil olundu.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, Kommunal Müəssisələr Kombinatının işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimaiyyət nümayəndələriiştirak edirdilər.

Zəngin tarixə malik olan Qubadlı rayonu 31.08.1993-cü il tarixdə erməni təcavuzkatları tərəfindən işğal olunmuşdur. Bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır. 27 sentyabr 2020-ci il tarixdən başlayan əks hücum əməliyyatı zamanı 44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər

44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə”medalı təsis edildi.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Rayonumuzdan olan hərbiçilərimiz Prezident İlham Əliyevin Sərəncamı ilə 200-dən yuxarı müxtəlif orden və medallarla təltif olunmuşdur.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Qubadlı Şəhəri Günü ilə əlaqədar ağacəkmə aksiyasında ümumilikdə 300 ədəd sərv ağacı və 1500 ədəd qızılgül kolları əkildi.Ağaclar və gül kolları əkilən idarə, müəssisələrin həyətyanı sahələrində və istirahət parkında təmizlik işləri aparıldı.

 

Paylaş