YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 411 ünvanında yerləşən (“Suraxanı Maşınqayırma zavodu” ASC) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan “Suraxanı Maşınqayırma zavodu” ASC-nin İdarə Heyətinin sədri  Zaur Yaqubov iştirakçıları salamladıqdan sonra 2 oktyabr tarixində keçirilmiş YAP-ın VIII Qurultayında Cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təşkil olunmuş görüşdə VIII Qurultayda səsləndirilən fikirlərin ölkənin siyasi və ictimai həyatında mühüm istiqamətverici rol oynadığını diqqətə çatdırıb.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi güclü dövlətçilik, milli maraqların qorunması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm mesajlarla zəngindir. Salman Əbdülov qeyd edib ki, Azərbaycanın bugünkü qüdrəti Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsinin, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalq-iqtidar birliyinin nəticəsidir. O, həmçinin partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışaraq bildirib ki, qurultayda müəyyən edilən hədəflər hər bir təşkilatın gündəlik fəaliyyətində öz əksini tapmalı, partiya fəalları cəmiyyətlə sıx əlaqələri, təşəbbüskarlığı və nümunəvi fəaliyyəti ilə ümumi işə töhfə verməlidirlər.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Paylaş