Aysat Qasımova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər 20-ci əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər, insanlığa qarşı böyük cinayət törətdilər. Dünya arenasında qətlin ən ağırını ,cinayətlərin ən dəhşətlisini göstərdilər. 30 ilə yaxın idi ki, bu ağrılarla yaşayırdıq, ”Xocalıya ədalət “ - deyə dünyaya hayqırırdıq. Lakin bizi eşidən oldumu? Əsla!!! Bütün bunlara xalqımız, millətimiz səbr etdi, ədalət gözlədi. Amma artıq dözümlülük göstərə bilmirdik. Nə Xocalı, nə də Xocalı qurbanlarının ruhu artıq səbr edə bilmirdilər. Bütün bunların nəticəsi olaraq biz artıq Xocalıya qayıtdıq. Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz öz doğma torpaqlarımıza qayıtdıq. Onların xatirəsinin əbədiləşdirilməsi üçün 26 fevral günündə memorial kompleksin təməli qoyuldu. Memorial kompleksinin yerinin seçilməsi də təsadüfi deyil.
Cənab prezident hər zaman qeyd etdiyi kimi bir daha cıxışında qeyd etdi ki, Xocalı kimi biz bütün Azərbaycanın hər bir guşəsinə, Qarabağın hər yerinə sahib kimi ,bu vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Lakin bu o demək deyildir ki, biz Xocali faciəsini unudacağıq. Azərbaycan dövləti dövlət qurumları eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev fondunun xətti ilə geniş vüsət almış,”Xocaliya ədalət“ kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc olunmuşdur. Xocalı soyqırımı dünyanın qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Lakin ədalət bir gün bərpa olunmalı idi, olundu da.
İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti, Azərbaycan xalqı onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq gördük ki, bu ədaləti yalnız biz özümüz bərpa etməliyik. Vətən müharibəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi. Tarixi qayıdış başlandı. Bu o qayıdışdır ki, körpələr böyüyüb yetkin şəxs olmuş cavanlar, qocalmış, heç vaxt Qarabağı görməyən, lakin Qarabağ eşqi, həsrətilə böyüyən həmvətənlərimiz artıq yurduna qayıdırdı.
Şuşa, Ağdam, Kəlbəcər və s. rayonlarımız azad olundu. Bəs Xocalısız bu mümkün idimi? Əlbəttə ki, xeyr! Xalqımızın tarixində şüurunda o qədər yeri böyük yaralar salıb ki, Xocalı azad olmasam biz sakitləşə bilməzdik. Ona görə ədalətli döyüş meydanında istəklərimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Həm 2020-ci ildə, həm də keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar beynəlxalq hüquqa uyğun şəkildə aparılmışdır. Ona görə də bu gün Azərbaycan müstəqil, azad, bütöv dövlətdir.