Qurbanəli İslamov
Vətən müharibəsi qazisi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Hövsan Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi
Yeni Azərbaycan Partiyası olaraq, biz Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edirik. Prezident cənab İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biri, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsidir. Məhz bu yanaşma, milli məqsədlərə çatmaq üçün bütün siyasi qüvvələri birləşdirir. Müzəffər Liderimizin dediyi kimi: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.” Bu prinsip, Vətəndaş həmrəyliyinin təminatının ən ali ideyasıdır.
Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. YAP bu prosesi fəal şəkildə dəstəkləyir, partiyalararası siyasi dialoqu stimullaşdırır və beləliklə, milli birlik uğrunda yeni bir səhifə açır. Bu, xaos və dağıdıcılıqdan uzaq, konstruktiv əməkdaşlıq və dialoq mədəniyyətinin formalaşmasına xidmət edir. VII qurultayda qəbul olunmuş qərarlar “iqtidar-xalq” modelinin real işə düşdüyünü nümayiş etdirdi. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir.
YAP həm də beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişaf siyasəti yürüdür. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru Milli maraqlar və xarici siyasət əsasında müəyyən olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda etibarlı tərəfdaş qazandırmışdır. Bu, Dövlətçilik prinsiplərinin beynəlxalq miqyasda qəbul olunmasının göstəricisidir.
Bizim əsas strateji hədəflərimizdən biri də milli təhlükəsizliyin qarantı olan Ordu quruculuğunun daha da inkişaf etdirilməsidir. 44 günlük Vətən müharibəsindəki Müzəffər Liderlik, bu sahədə qazanılan uğurların təkzibolunmaz sübutudur. Qələbədən sonra qarşımızda duran ən böyük vəzifə isə İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır. Bu hədəf, milli birlik ideyasını tamamlamaqla, partiyamızın strateji planlarının mərkəzində dayanır. Məhz Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Şəffaflığın artırılması prinsipləri əsasında bu ərazilərdə infrastruktur layihələri həyata keçirilir. YAP bütün siyasi səylərini bu ümummilli məqsədlərə yönəldir. Biz, YAP üzvləri, Heydər Əliyev yoluna sadiq qalaraq, bu tarixi bərpa prosesinə fəal töhfə veririk.