YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ƏPT-nin sədri İskəndər Şirəlini 65 illik yubileyi münasibətilə təbrik edib

YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ƏPT-nin sədri İskəndər Şirəlini 65 illik yubileyi münasibətilə təbrik edib

20 noyabr 2025-ci il tarixdə SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsində idarəsinin rəisi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri İskəndər Şirəlinin 65 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir. Görüşdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Fətullayev və digər rəsmi şəxslər iştirak etmişlər.

Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, İskəndər Şirəlinin uzun illər üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. O, nümunəvi, ləyaqətli, işgüzar, savadlı pedaqoq, neftçi mütəxəssis, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah ağsaqqal olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.

Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, İskəndər Şirəlinin gənc neftçilərin ictimai-siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır. Onun partiya işlərində fəallığı YAP Suraxanı rayon təşkilatı tərəfindən rəğbətləndirilmişdir.

Göstərilən diqqətə və qayğıya görə İskəndər Şirəli YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Yubliyar qeyd etmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.