YAP dünənin, bu günün və gələcəyin partiyasıdır  

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır   

Röya İslamova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru

Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında aparıcı rol oynayan siyasi təşkilatdır. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində,bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları,tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.


1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azerbaycan Partiyasının təsis konfransı keçirildi. Bu konfransda partiyanın yaradıldiğı elan olundu və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu tarixi hadisə Azərbaycan siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyası yaranan gündən ``Yeni Azərbaycan naminə!`` şüarı ilə fəaliyyətə başladı.

Partiyanın məqsədi müstəqil güclü, demokratik və hüquqi dövlət qurmaq, xalqın rifahını yüksəltmək idi. 15 oktyabr 2003-cü il prezident seçkilərində qələbə qazanan İlham Əliyev partiyaya rəhbərlik etməyə başladı. 26 mart 2005-ci ildə YAP-ın III Qurultayı keçirildi və Prezident İlham Əliyev partiyanın rəsmi sədri seçildi.

15 oktyabr 2008-ci il, 9 oktyabr 2013-cü il və 11 aprel 2018-ci il ,7 fevral 2024 cü il  tarixlərində İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu gün Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi olaraq ümummilli lider Herdər Əliyevin müəyyən etdiyi inkişaf yolunu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirir.