Özbək qardaşlarımızın sayəsində 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb

Özbək qardaşlarımızın sayəsində 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb

Zəkiyə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafiziçisi

Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mhüm İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edildi ki, keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.

Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik.

Həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyəti bir daha təsdiqləndi.

Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib.

Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxarır. Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb.

Bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına çalışırıq. Azərbaycanın nəqliyyat infrastrukturunun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu yaratmağa böyük önəm verməliyik.

Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Layih isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb.

Azərbaycan və Özbəkistan prezidentləri Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak etdilər.

Bildirildi ki, bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq.

Prezident Şavkat Mirziyoyev öz bəyanatında deyir: - Hörmətli İlham Heydər oğlu, belə səmimi qəbula və qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki ilk dəqiqələrdən etibarən həm mən, həm də nümayəndə heyətimizin üzvləri çox isti münasibəti hiss edirik. Biz qardaşlarımızın yanına gəlmişik və bu gün burada hər şey öz evimizəki kimidir. Ölkə inkişaf edir, böyük dəyişikliklər müşahidə edirəm. Əziz qardaşlar, dostlar və çox yaxın xalqlar olaraq biz Özbəkistanda Azərbaycanın uğurlarına ürəkdən sevinirik.

Bu gün biz danışıqlarda bütün məsələləri – beynəlxalq, regional, ikitərəfli, həssas məsələləri müzakirə etdik. Çünki bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq lazımdır.

Demək istəyirəm ki, gələcək üçün böyük iddialı bir proqramımız var.