YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Hövsan qəsəbəsi, Elvin Əlimov ünvanında yerləşən 270 saylı uşaq bağçası Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Görüşdə 163, 270, 273 və 311 saylı körpələr evi-uşaq bağçalarının müdirləri və YAP üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 270 saylı uşaq bağçasının müdiri Səidə İmanova Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olmasından və son dövrlər ölkəmizin inkişaf strategiyasından danışıb. O, ölkədə gedən ictimai-siyasi proseslərdə YAP üzvlərinin fəaliyyətini və onların bu yoldakı fəallığını diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova ölkəmizdə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti haqqında danışıb və cənab Prezidentin nitqindən irəli gələn mühüm məqamları partiya üzvlərinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının ilk təsis qurultayı 21 noyabr 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilib. Əgər o dövrdə ölkəmiz üçün olduqca böyük əhəmiyyət daşıyan bu siyasi hadisə baş tutmasaydı, bu gün ölkəmiz belə bir inkişaf yolu keçə bilməzdi. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, bütün qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə bağlıdır. Bu gün Ümummilli Liderimizin siyasi xətti uğurla davam etdirilir.
Daha sonra 270 saylı uşaq bağçasının tərbiyəçisi, YAP-ın fəalı Mehriban Babayeva və 311 saylı uşaq bağçasının tərbiyəçisi, YAP-ın fəalı Məlahət Fətullayeva çıxış edərək YAP üzvlərinin aktivliyindən və təxribatxarakterli bütün proseslərə vaxtında münasibət bildirməyin vacibliyindən söhbət açıblar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.