YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
26 oktyabr 2026-cı il tarixdə Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi 119 ünvanında yerləşən 76 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, ƏPT-nin sədri Şəfəq İbişova bildirib ki, YAP Sədri, Prezident cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı postmünaqişə dövründə Azərbaycanın qarşısında duran yeni vəzifələrin yol xəritəsidir. Ölkəmiz artıq müdafiə, iqtisadi və geosiyasi baxımdan tamam fərqli reallıqlar şəraitində inkişaf edir.
Daha sonra YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək YAP-ın VIII Qurultayı barədə ətraflı məlumat verib. K.Həsənova xüsusi vurğulayıb ki, qurultay çərçivəsində partiyanın nizamnaməsinə dəyişikliklər edilib, idarəetmə strukturunun optimallaşdırılması məqsədilə 40 nəfərdən ibarət İdarə Heyəti və 13 nəfərdən ibarət Təftiş Komissiyası formalaşdırılıb.
Görüşdə çıxış edən digər natiqlər qeyd ediblər ki, VIII Qurultay YAP-ın sadəcə bir siyasi təşkilat kimi hesabat tədbiri deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinin regional və qlobal çağırışlara uyğun olaraq öz ideoloji xəttini yeniləmə hadisəsidir.