YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
26 oktyabr 2026-cı il tarixində Hövsan qəsəbəsi, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi 32 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (30 saylı Ambulatoriya) növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 30 saylı Ambulatoriyanın baş həkimi Gülşən Yusubova bildirib ki, VIII Qurultay Azərbaycanın gələcək inkişafı və milli birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qurultayda səsləndirilən fikirlər xalqımızın birliyini, milli dəyərlərimizin qorunmasını və gələcəyə inamı əks etdirir.
Görüşdə çıxış edən YAP-ın fəalı Nailə Bayraməliyeva vurğulayıb ki, VIII Qurultay gənclərin fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platformadır. Bu cür tədbirlər təcrübə mübadiləsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və müasir çağırışların müzakirəsinə geniş imkanlar yaradır: "İnanıram ki, qurultayda irəli sürülən təkliflər gələcək fəaliyyət üçün faydalı nəticələr verəcəkdir".
Daha sonra YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova çıxış edərək YAP-ın VIII Qurultayı barədə ətraflı məlumat verib. O, VIII Qurultayın milli birliyin möhkəmləndirilməsi və qarşıda duran mühüm vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qurultay çərçivəsində aparılan müzakirələr milli dəyərlərimizin qorunmasına və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsinə mühüm töhfə verir. Əminik ki, qəbul edilən qərarlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə xidmət edəcəkdir.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.