YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təşkilatçılığı “Crunch Burger Baku” -nun baş dəstəyi ilə əhalinin sosial həssas qruplarına aid ailələrin övladları üçün layihə həyata keçirilib.

Layihənin əsas məqsədi uşaqların yeni tədris ilinə hazırlığına dəstək olmaq, onların asudə vaxtının səmərəli və yaddaqalan şəkildə təşkilinə şərait yaratmaqdan ibarət olub. Layihə çərçivəsində uşaqlara məktəb çantaları və müxtəlif məktəb ləvazimatları təqdim olunub. Eyni zamanda, uşaqların maraqlı və əyləncəli vaxt keçirmələri üçün master-klass təşkil edilib, konsert proqramı təqdim olunub.
Tədbir iştirakçıları üçün xüsusi süfrə açılıb, uşaqlara xoş ovqat bəxş edən müxtəlif əyləncəli proqramlar təşkil olunub. Layihə uşaqların böyük sevinc və marağı ilə qarşılanıb. Belə təşəbbüslər sosial həssas qruplara aid ailələrin övladlarına diqqət və qayğının göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının və sosial iştirakının dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.