İşğalın nəticəsində xarabalığa cevirmiş Xocalı şəhəri

İşğalın nəticəsində xarabalığa cevirmiş Xocalı şəhəri

Könül Vəliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, "Tumurcuq" körpələr evi və uşaq bağçasının tərbiyəçisi

İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial məişət  obyekti,  3200 fərdi yaşayış binasi, 14 məktəb, 21 klub, 29 kitabxana, üc mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdılıb.  1992-ci ilin fevral ayının 25-dən 26-a kecən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı akt törətdilər. Azərbaycan tarixinin ən  dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq  hüququn  norma və prinsiplərini kobudcasına pozaraq  keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366 cı alayının iştiraki ilə Xocalı  şəhərinə hücum etdi və dinc əhaliyə misli  görünməmiş divan tutuldu. Soyqrım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613nəfər  qətlə yetirildi,1275 sakin qirov götürüldü, 150 nəfərin taleyi  isə bu  günədək naməlum  qalıb. Şəhər yerlə yeksan edildi.Həmin faciəvi gecə zamanı Azərbaycan 487nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

Xocalı şəhəri, sözün əsl mənasında  işğalın nəticəsində xarabalığa cevirilmişdi. Buna baxmayaraq  Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. İllər keçdi 2020-ci ildə baş verən Vətən  müharibəsində  müstəqilliyin övladları 30 il işgal altında qalan torpaqlarımızı  azad  etməklə yeni  reallıq yaratdı və "dəmir yumruq" qalib gəldi. 


44 günlük  müharibədə  misilsiz igidlik nümunələri göstərən qəhraman ordumuz   Müzəffər Ali  Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qısasını aldı,şəhidlərimizin  qanı yerdə qalmadı.

AZƏRBAYCAN  ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETDİ.

YAŞASIN AZERBAYCAN,  YAŞASIN XALQIMIZ!!!