Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir
Sədaqət Bəşirova
YAP Suraxanı rayoin təşkilatının üzvü
Suraxanı rayonu, 279 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Ulu öndər Heyder Əliyevin laiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqımızın firavan həyatı, vətənimizin bütün dünyada uğurları ilə tanınması, millətimizin parlaq gələcəyi üçün hər zaman mühim addımlar atmışdır.
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Prezident İlham Əliyev Azərbaycan və Albanyanın dostluğunu xüsusi vurğulamış, çıxışına Baş nazir cənab Rama və komissar xanım Simsonu həmçinin qonaqları salamlayaraq başlamışdır. Azərbaycan və Albaniya iki dost ölkədir -d eyə çıxışına davam edərək dotluğa necə böyük dəyər verdiyimizi bir daha təstiq etmişdir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb deyən Prezident bununla belə Albanyanın TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam etdiyini vurğulayaraq əməkdaşlığımıza verdiyimiz qiyməti yenidən dilə gətirmişdir.
Məşvərət şurasının ötən illərdiki iclasları zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunmuşdur. Azərbaycan qazının şaxalənməsi Azərbaycan qazının yeni mənbə olduğunu göstərir. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyyatlarının kəşfi deməkdir. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilmişdir. Burada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik deyə çıxış edən Prezident İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmişdir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Bütün dünyada Azərbaycan qazına xüsusi təlabat var. İxtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Bütün bunların Azərbaycanın sözünə sadiqliyini, əməkdaşlarına verdiyi qiyməti göstərir. Məhz buna görə də cənab İlham Əliyev çıxışında bu fikri bəyan etmişdir: “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.”
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir.Gələcək planlarımızdan söhbət açan Prezident “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatının olacağını demişdir. “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir.İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq və bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacağının praqnozunu vermişdir.
Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımızdan danışan İlham Əliyev oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olduğunu söyləmişdir.
Bu lahiyələrin bəzilərinin SOCAR-ın özü tərəfindən həyata keçiriləcəyi iclasda söylənələrək “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi şayiələrin tamamilə əsassız olduğunu təsdiq etmişdir.
Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Böyük Günəş Elektrik stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır.Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Bütün bu fikirler Prezidentimizin ölkəməzi necə uca zirvələrdə saxlamaq üçün göstərdiyi səyi bir daha sübüt edir. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmaz.Buna görə də Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq- söyləmişdir. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Maliyyələşmə məsələsində isə Prezident belə bir fikir söyləmişdir: “Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın”
Avropada Azərbaycan qazına böyük tələbat var. Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Azərbaycana COP29-a sahiblik edən ölkədir. Bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər dediler. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Bunu bilərək iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin tek səbəbi bizim iradəməzdir.Prezident çıxışını sonlandırarkən evvelki illərdə Azərbaycana qarşı olan hücumların müdafiə olunduğunu, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlaməti olmasını vurğulamışdır.