Şəhid kapitan pilot Xəyyam Əliyevin doğum günü ehtiramla yad edilib

Şəhid kapitan pilot Xəyyam Əliyevin doğum günü ehtiramla yad edilib
17 dekabr Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuş Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün doğum günüdür. 
Suraxanı RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Şəhidimizin Əmircan qəsəbəsində Şəhidlər Xiyabanında məzarını və ailə üzvlərini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.