Səriyə Əhmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
2020-ci ilin noyabr ayında II Qarabağ savaşında Türkiyə Respublikasının dəstəyi nəticəsində Azərbaycanın işğal altında olan torpaqları azad edilmişdir. Bundan sonra Azərbaycan və Türkiyənin əlaqələri yeni yüksək zirvəyə qalxdı. Tərəflər regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın inkişaf etdirilməsinə imkanlar yaratdı.
Fevralın 7-də cənab İlham Əliyevin növbədənkənar prezident seçkisində qələbə qazanmasından sonra ilk rəsmi səfəri qardaş Türkiyəyə olması əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata açıqlamalar verdi. Türkiyə lideri fevralın 7-də keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışaraq deyib: “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”
Cənab Prezident İlham Əliyev də Türkiyənin Azərbaycana göstərdiyi dəstəyindən bəhs edərək bildirdi: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə cevrilib” Azərbaycan Respublikasının Prezidenti Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır.”
Eyni zamanda cıxışı zamanı Türkiyə ilə birgə həyata keçirilən layihələrin kifayət qədər çox olduğunu qeyd etmiş, nəqliyyat, enerji layihələrinin bizim sərhədlərimizdən kənarda da önəmli rol oynadığını bildirmişdir. Türkiyə Prezidenti Qars-Naxçıvan dəmiryolu layihəsinin TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə piroritlərdən olduğunu qeyd edərək, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin, həmçinin ilk dəfə 7,5 milyard dollar səviyyəsində yüksəldiyini vurğulamış, gələcəkdə bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirmişdir. Bununla da iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirələcəyini vurğulamışdır.