Elmar Hüseynov
Vətən müharibəsi iştirakçısı
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbəs müdiri
Qloballaşmaqda olan dünyada müharibə və münaqişələr uzun illərdir davam edir. Bu mübarizələrin yəni, münaqişə ocaqlarının alovlanması davamlı şəkildə bir çox istiqamətlərə yönəlir və ya yönəldilir. Bunu meşə yangınlarına bənzətsək, “harda+nə zaman+nəyin necə baş verməsi=hadisə” baş verəcək alovlar kimi təsəvvür edilir. Proqnozlaşdırılmamış gedişatların həlli, uzanan problemlər-əslində kainatın özünü də yorub. Dünyaya isə sabitlik və nizam lazımdır.
Çox maraqlıdır ki, yuxarıda qeyd etdilən düsturun ən gözəl nəzəriyyəsini 44 gün ərzində dünyaya və Avropaya yeni nəfəs verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəlsəfəsi isbat etdi. Bu deyim-“Mən nəyin nə zaman və necə olacağını, hamidan yaxşı bilirəm.” Onda dünyada baş verən müharibələr və böhranlar Vətən Müharibəsinə qədərmi surətli inkişaf edirdi? Yaxud bu dövrdən sonramı? Bu suallara cavab axtararaq Azərbaycanın dünya və Avropa üçün əhəmiyyətli tərafdaş olması qənayətinə gəlinir.
Birinci sualın cavabına belə izah verə bilərik. Azərbaycan dünya güclərinin çarxını işə salaraq sübut etdi ki, heç bir silah, sursat və güc xalqların sayının azlığı və ya çoxluğu həqiqətləri dəyişmir. Müasir dünyada yeni super güclərin qütblərini dəyişdi. Bu dəyişilmə Azərbaycanın apardığı ləyaqətli və dünya tarixində ilk dəfə olaraq, mülki vətəndaşların ən az ziyan gördüyü müharibə nəticəsində baş verdi. Bütün bunlar, qütblər arasındakı enerji müharibəsi, düşünülməmiş embarqolar böhranlara yol açdı.
Məhz buna görə də Azərbaycan Avropaya və dünyaya iqtisadi sabitlik siyasəti və diplomatiyası gətirdi. Avropa 100 illər boyunca yaxın şərq və asiya ərazisinə enerji və maddi sərvət axtarışı üçün səfərlər və hərbi yürüşlər keçirib. Yaxın şərq və Asiya isə istehsal etdiyi bütün növ məhsulları avropa bazarlarına çıxarmağa çalışıb. Azərbacan bu qarşıdurmaya sülh təklifi ilə töhfə verməkdədir. İstər Avropa şurası, istər dünyanın digər böyük təşkilatları və dövlətləri bu faktı qəbul etməkdədir. Bunun üçün Azərbaycan 30 ilini sərf edərək beynəlxalq lahiyələrə imza atdı.
Artıq elə bir dövrə gəlib çatmışıq ki, enerji resursları dövlətlərin və müharibələrin taleyini həll edir. Bu çətin dövrdə hər bir qonşu ölkələr ilə dostluq diplomatiyasını bacaran Azərbaycanın sön illər həyata keçirdiyi lahiyyələri təkrar diqqətinizə çatdırmaq istərdim. 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış “TANAP” layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Daha sonra, “TAP” Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək və Yunanıstan, Albaniya vasitəsi ilə Adriatik dənizindən keçərək təbii qazın Cənubi İtaliyaya nəqli lahiyyəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji cəhətdən əhəmiyyət daşıyır. Layihənin əsas istiqaməti Avropanın enerji təhlükəsizliyini və Azərbaycanın milli maraqlarını təmin etməsidir. Bunu Azərbaycan dəyərlərinə söykənən Avropa enerji təhlükəsizliyinin kimi də ifadə edə bilərik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha böyük qlobal enerji tranziti üçün dünyanın diqqətini Qafqaza çəkərək Zəngəzurun mahiyyətini beynəlxalq aləmdə gündəmə gətirmişdir. Əlverişli geostrateji mövqeyə malik Azərbaycanın coğrafi xüsusiyyətlərindən biri, Avropa və Asiyanın ən iri inkişaf etmiş iqtisadi ölkələri arasında yerləşməsidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşir. Xüsusilə, Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması, Bakıda, regionlarda və işgaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın tranzit potensialını daha da gücləndirib. Xüsusilə, 5400 km-lik Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur. Bu Prezident İlham Əliyevin təşəbbüsü sayəsində Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq Respublikaları arasında baş tutacaq. Əhəmiyyətinə görə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşularaq yüklərin quru yolla birbaşa Avropaya daşınmasına şərait yaradacaq.
Bundan başqa Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də mühüm işlər görülüb.
Bu nəqliyyat dəhlizi Azərbaycan-İran sərhədində dəmir yolu stansiyalarının birləşdirilməsi, “Azərbaycan Dəmir Yolları” İranın-Astara və Rəşt-Astara dəmir yolu və Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması Azərbaycanın Avropa və Asiya üçün, ümumən dünya üçün mahiyyətini artırır. Transxəzər tranzit dəhlizini “Bir kəmər, bir yol” layihəsi Cənab Prezident İlham Əliyevin bütün beynəlxalq səfərlərinin mövzusu və məğzini təşkil edir. Azərbaycanın daxili və xarici siyasəti bütün enerji resusları dövlətimizin milli-mənəvi və dünyavi dəyərlərinə söykənir.
Cənab Prezident İlham Əliyevin Gürcüstana səfərində bütün bu amillər bir daha dünyaya bir mesaj idi. Dünyanın sülhü Cənubi Qafqazın sabitliyidir. Bu sabitliyin mərkəzində Azərbaycan və onun yürütdüyü siyasət durur.