Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası mülki erməni vətəndaşlarımıza qarşı deyil
Nərmin Səlimli
İctimai fəal gənc
Sülhməramlı qüvvələr birləşmiş millətlər təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qarşısını almaq və ya qısamüddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi silahlı qüvvələrdir. Bütün dünyaya səs salan Qarabağda baş verən Vətən müharibəsinin 44 gün davam etməsindən sonra Azərbaycan Respublikasının Prezidentinin xarici siyasəti və cəsur, igid ordumuzun misilsiz döyüşü nəticəsində noyabrın 10-da düşmənin kaptulyasiya aktını imzalaması nəticəsində atəşkəs elan olundu.
10 noyabrda Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirilməsindən sonra keçmiş Dağlıq Qarabağda sülhməramlılar yerləşdirildi. Amma bəzi hallarda sülhməramlılar missiyanı düzgün dəyərləndirmirlər. Sülhməramlılar əslində bölgədə sülh təmin etmək məqsədilə fəaliyyət göstərməlidirlər.
Azərbaycan və Ermənistan arasında vaxtaşırı baş verən atışmalar nəticəsində Bakı ilk dəfə olaraq bu həftə Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazlığını bildirir. Belə məlumatların ortada olmasına rəğmən Bakı indiyədək Moskva qarşısında öz iradlarını belə kəskin və açıq şəkildə ifadə etməmişdir. Çünki buna səbəb olacaq elə də böyük iradlar olmamışdı.
Hazırda Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edir. Rəsmi Bakı bunu müharibəyə son qoyan 10 noyabr bəyannaməsinə istinad edir. Bu gün Şuşa – Laçın yolunda etiraz edənlərində məqsədi atəşkəsə son qoyulmasıdır və artıq sülh müqaviləsinin bağlanmasının vacibliyini Ermənistana və onun havadarlarına bildirməkdir.
Maraqlısı budur ki, ermənilərin yalanları o qədər gülünc və absurddur ki, artıq bəzi ermənilər, onlara yaxınlığı ilə seçilən jurnalistlər və bloqgerlər də İrəvanın apardığı gülünc siyasəti ifşa etməkdədirlər. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyat danışmaqdan yorulmayan ermənilər başa düşmürlər ki, artıq dövran başqadır. İndi informasiya cəmiyyəti dövründə, elmi- texniki tərəqinin pik həddə çatdığı bir vaxtda yalanlar özlüyündən ifşa olunur.
Azərbaycana qarşı apardıqları çirkin kampaniyaların sayı nə qədər çox olsada heç birinin əsası yoxdur və sübuta yetirilə bilməmişlər. Sevindirici haldır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, və kirli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir.
Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yeritmiş, 9 şəhərimizi 300-ə yaxın kəndimizi viran etmiş Ermənistan hakimiyyətinin sözügedən etiraz aksiyasını yanlış yöndən şərh etmə cəhdləri əbəsdir, tam əsassızdır. Azərbaycan dövləti Laçın yolunu bağlamayıb tam tərsinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün , sülhə, birgəyaşayışa mehriban qonuşuluğa xidmət üçün istifadəyə verib. 10 noyabr 2020-ci il tarixli məlum üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq.
Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetirməmiş xüsusi ilə IV bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Ermənistan həm də bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətmişdir. Azərbaycan ekalogiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası mülki erməni vətəndaşlarımıza qarşı deyil. Rusiya “sülhməramlı”larının yerləşdiyi Azərbaycan ərazisində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respubikamızın təbii sərvətlərinin talanması, ekalogiyaya dəyən zərərlə bağlıdır.
Azərbaycan ictimayətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır. Laçın-Xankəndi yolunda 10 gündür davam edən etiraz aksiyasına mən və həmkarlarımda qoşulduq. Bu bizim vətənini sevən, onun suverenliyini hər şeydən üstün bilən bir vətəndaş kimi borcumuz idi. Biz hamımız orada öz tələblərimizi səsləndirdik. İştirakçı olaraq bizdə “ekoloji terrora son!” şüarı ilə çıxış etdik. Milli musiqilərimizi ifa etdik, yallı rəqsini oynayaraq öz milli-mənəvi dəyərlərimizi qoruduğumuzu bir daha göstərdik.
Qeyd edək ki, Rusiya sülhməramlıları ilə qarşı-qarşıya dayanan ehtirazçıları 24 saat Azərbaycan Daxili Qoşunları tərəfindən qorunurlar. Mən fəxr edirəm ki bizim vətənimizin keşiyində mərd, cəsur, igid əsgərlərimiz dayanır. Onlar soyuq, yağış külək demədən vətənin keşiyində sevərək məğrurcasına dayanırlar.
Şuşamız o qədər gözəl təbiətə malikdir ki, onu sözlərlə ifadə etmək çox çətindir. Qarabağ bölgəsində yerləşən Şuşa şəhərimiz həqiqətən mədəniyyət paytaxtı olmaqla yanaşı turizm mərkəzidir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Bir sözlə min kəs danışmaqdansa bir kəs görmək daha gözəldir.