Ağdamın Baş Planı: Yerli Özünüidarəetmə üçün Nümunəvi Dayanıqlı İnkişaf Modeli
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Ağdam şəhəri günündə, biz sadəcə Vətən torpağının azad olunmasını qeyd etmirik, həm də Azərbaycan dövlətinin və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz şəhərsalma strategiyasının dərslərini öyrənirik. Bu tarixi günün təməli, Vətən müharibəsində döyüşən igid Vətən övladlarının misilsiz fədakarlığı ilə qoyulmuşdur.
Prezident cənab İlham Əliyevin qətiyyətli hərbi-siyasi qələbəsi nəticəsində Ağdam döyüşsüz qaytarıldı və dərhal sonra "Böyük Qayıdış" strategiyasına start verildi. Ağdamın qayıdışı bir güllə belə atılmadan baş versə də, bu, döyüş meydanında igidlərimizin göstərdiyi zəfərin birbaşa nəticəsi idi. Azərbaycanın igid əsgər və zabitləri, Ali Baş Komandanın ətrafında birləşərək, illərlə davam edən işğala son qoydular. Prezident cənab İlham Əliyevin qətiyyəti, mübarizə ruhu o igidlərin qəlbində böyük bir vətənpərvərlik məşəlini alovlandırmışdı.
Prezidentin şəxsən dəfələrlə Ağdama səfərləri, layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, dövlət başçısının bu işə verdiyi yüksək önəmi göstərir. Onun siyasəti, təkcə ərazilərin azad edilməsindən ibarət deyil; o, həm də milli iradənin bərpası və regionun iqtisadi potensialının reallaşdırılması üzərində qurulub.
“Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın azad edilmiş ərazilər arasında ilk təsdiq olunan plan olması, bu layihənin strateji əhəmiyyətini göstərir. Biz, bələdiyyə sədrləri olaraq, bu planın hazırlanması və icra prinsiplərini dərindən təhlil etməliyik:
- Funksional Zonalaşdırma: Baş Planda şəhərin 5 məhəlləyə bölünməsi və sosial obyektlərin müəyyən edilməsi, funksional zonalaşdırmanın əhəmiyyətini göstərir.
- İnteqrasiya və Rəqəmsallaşma: Ağdamın bərpasında "ağıllı şəhər" konsepsiyasının tətbiqi, xidmətlərin də innovativ və rəqəmsal olmasını tələb edir.
Baş Plan əsasında artıq Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin bərpa-quruculuq işləri yekunlaşıb və ilk sakinlər köçürülüb. 2025-ci ilin oktyabr ayına qədər isə 825 ailənin geri qayıdışı planlaşdırılır.