Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət işgüzar münasibətlərin inkişafında mühüm yer tutur

Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət işgüzar münasibətlərin inkişafında mühüm yer tutur

Xumar  Mikayılova

YAP Suraxanı rayon təşkilatının üzvü

“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin doğum evinin baş həkim vəzifəsini müvəqqəti icra edən

Peşəkar işgüzar münasibətlər müxtəlif idarəçilik səviyyəsində formalaşan etimad, əməkdaşlıq və effektiv kommunikasiya sistemidir. Bu münasibətlərin inkişafı təkcə təşkilatların daxili fəaliyyətindən deyil ,həm də ölkədə aparılan dövlət siyasətindən asılıdır. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar işgüzar mühitin şəffaflığının və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.  Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət işgüzar münasibətlərin inkişafında mühüm yer tutur.

Həyata keçirilən islahatlarda YAP-ın da rolunu xüsusi qeyd etmək istərdim. YAP müxtəlif idarəetmə strukturlarına peşəkar kadrların hazırlanması və cəlb olunması prosesində aktiv iştirak edir. Bu, dövlət orqanlarında işgüzar münasibətlərin daha müasir və səmərəli şəkildə tədbiqini dəstəkləyir. Qeyd etmək istəyirəm ki, doğum evlərinin fəaliyyətində dövlət siyasəti  səhiyyə sisteminin inkişaf  stratergiyasına, ana və uşaq sağlamlığının qorunması üzrə milli proqramlara və TƏBİB müəssisələrinin moderinləşdirilməsi istiqamətində qəbul olunan qərarlara əsaslanır.

Baş həkim kimi fəaliyyətimiz bu siyasətin yerli səviyyədə effektiv icrasına təmin etməyə yönəlmişdir. Həkim olaraq doğum evlərində risklərin erkən aşkarlanması, hamiləlik dövrünün nəzarəti doğuş sonrası xidmətlərin keyfiyyətinin artırılması kimi sahələrdə dövlət standartlarının tətbiqinə nəzarət olunmasının vacibliyini qeyd edirəm.

“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin Doğum evinin baş həkimi olaraq qeyd etmək istəyirəm ki, ağciyər xəstələrinə qulluqda doğum evlərinin rolu birbaşa müalicə deyil, yenidoğulmuş körpələrin ağciyər sağlamlığının qorunması və respirator problemlərin qarşısını alınması baxımından şox mühümdür. Mərkəzimizin hamilələrdə və yenidoğulmuşlarda ağciyər patologiyasını aşkar olunmasında rolu böyükdür.