Azərbaycan gəncliyi öz inkişafının qızıl dövrünü yaşayır
Fatimə Pənahova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəalı
Bildiyiniz kimi, heç də dünyanın hər yerində gənclər xoşbəxt yaşamırlar. Hətta bir çox yerdə onlar müharibələr, aclıq, səfalətlə üzləşdikləri üçün, onların yadına heç Gənclər Günü düşmür. Amma mən sizə desəm ki, eyni çətin proseslərdən keçdiyimiz zamandatorpaqlarımız işğal altında, dövlət büdcəmiz demək olar ki boş, əhalinin sosial rifahı çox aşağı olduğu bir dövrdə və onlarla bu cür problemlə boğuşarkən belə, gənclər, Ulu Öndər Heydər Əliyevin yadından çıxmamışdır və o gənclərlə 1994-cü ildən silsilə tədbirlər həyata keçirdib. Gəlin etiraf edək ki, bunu Ulu Öndər Heydər Əliyevdən başqa heç kim düşünə bilməzdi.
Bir haşiyəyə çıxmaq istəyirəm ki, mənim cəmi 18 yaşım var və etiraf edirəm ki, bu mənim tribunada ilk yazımdır və bu həyəcanı məhz doğma partiyamızın saytında, oxucularla yaşadığım üçün çox şanslı hiss edirəm. Həmin dövrü biz kitablardan və xatirələrdən öyrənirik. Mən də bu yazını yazarkən, o dövrü araşdırdım, iştirakçıların şəxsi xatirələrini oxudum. Əminliklə deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyev gənclərin I formunda hər kəsdən daha çox istəkli və həyəcanlı olub. Elə həmin formun ildönümündə, bizə gənclər gününü ərmağan edib. Bu tarixdən bu gün bizi, 30 il ayırıbr. Şükürlər olsun ki, nə Azərbaycan o Azərbaycan deyil, nə də biz gəncləri o zamankı, çağırışlar gözləmir.
Biz yeni reallığın fövqündə, yeni hədəfləri olan, müasir Azərbaycan gənciyik. Biz o gənclərik ki, həmyaşıdlarımız ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda öz canlarını qurban veriblər. Biz onların ruhları qarşısında, dərin ehtiramla baş əyirik. Ümummilli Lider Heydər Əliyevin biz gənclərə, ən böyük töhfələrindən biri olan bu gün, dövlətimizin bizə verdiyi dəyərin, ən bariz nümunəsidir/ Böyük qürurla deyə bilərəm ki. Ulu Öndərin əsısını qoyduğu gənclər siyasəti, bu gün Müzəffər Ali Baş Komandan və özünü gənclərin dostu adlandıran, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində, Azərbaycan gəncliyi öz inkişafının qızıl dövrünü yaşayır.
Əziz gənclər, dəyərli oxuyucular, bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, mən 21 noyabr tarixində, məhz doğma partiyamızın yarandığı gün dünyaya güz açmışam, bəlkə də bu taleyin bir qismətidir. Son dövrlər aktivliyimi görən dostlarım, məndən tez tez soruşurlar: “Niyə məhz Yeni Azərbaycan Partiyası?” Cavabında bütün gənc dostlarımı, YAP Suraxanı Rayon Təşkilatının fəaliyyəti ilə tanış olmağa çağırıram. Mən, həm fəal gənc, həm də sosial şəbəkə fəalı kimi xidmət etməyə çalışıram.
Bu partiya, biz gənclər üçün sadəcə bir siyasi təşkilat deyil, böyük bir məktəbdir, inkişaf platformasıdır. YAP gənclərə nə verir? Özünütəsdiq imkanı, burada hər bir gəncin səsi eşidilir, təşəbbüslərimiz dəstəklənir. Liderlik bacarığını aşılayır, partiyanın təşkil etdiyi layihələr, bizə komanda ilə işləməyi və üzərimizə məsuliyyət götürməyi öyrədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərimizdən sonra, biz gənclər dövlətçilik ənənələrini qorumağın nə qədər vacib olduğunu YAP sıralarında daha dərindən dərk edirik.
Qısa zaman olmasına baxmayaraq, mən YAP Suraxanı Rayon Təşkilatına qoşulandan sonra, həyatımda nələrin dəyişdiyini desəm, bəlkə də vaxt yetməz. Amma ən əsası mən özümə inam qazandım, cəsarət tapdım. Buradakı mühit, yeni dostluqlar və maraqlı layihələr hər günümü daha mənalı edir.
Əziz gənc dostlarım, əgər siz də həyatınızın daha dinamik və faydalı keçməyini istəyirsinizsə doğru ünvan məhz buradır.
Biz sadəcə gələcək deyilik, biz həm də bu günün hərəkətverici qüvvəsiyik. Gəlin, dövlətimizin bizə yaratdığı bu imkanlardan maksimum yararlanaq. Bir daha bayramınız mübarək!
Azərbaycan Gəncliyinin bayramı olan-2 Fevral Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm